Rusiya, Azərbaycan və Ermənistan liderləri Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində bir-biri ilə söhbətləşə bilərlər.
Bu barədə bazar ertəsi Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Birinci Kanal”ın efirində bildirib.
O qeyd edib ki, dekabrın 26-27-də Sankt-Peterburqda keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edir.
“Formal olaraq biz üçtərəfli görüş təyin etməmişik, lakin kuluarlarda onların bir-biri ilə danışmaq imkanı olacaq”, – Kreml sözçüsü bildirib.