Peskov: “Kreml “Dağlıq Qarabağ”ın mövcudluğuna son qoyulması ilə bağlı bəyanatı nəzərə alıb”

0
172

“Kreml “Dağlıq Qarabağ”ın mövcudluğuna son qoyulması ilə bağlı bəyanatı nəzərə alıb”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz vəziyyəti nəzərə alırıq və diqqətlə izləyirik, ilk növbədə məsələnin humanitar aspektini, ən vacibi budur”, – deyə D.Peskov bildirib.

O, həmçinin əlavə edib ki, Rusiya sülhməramlıları insanlara yardım etməyə davam edirlər, indi çoxları Ermənistan tərəfə keçmək arzusunu bildirir, istəyən hər kəsə dəstək verilir.