Peskov “Bayraktar” zavoduna görə Ukraynanı təhdid etdi

0
229

“Ukraynada Türkiyənin “Bayraktar” PUA-larının istehsalı zavodu yaradılarsa, dərhal demilitarizasiyaya məruz qalacaq”.

Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Əlbəttə, dərhal demilitarizasiya məruz qalacaq. Belə bir obyektin yaradılması faktı başa düşülməlidir ki, ancaq ukraynalıların əzabını uzadacaq, lakin xüsusi təyinatlıların hərbi əməliyyat məqsədindən yayınmağa kömək etməyəcək”, – Peskov belə bir zavodun tikintisi planları ilə bağlı bəyanatları şərh edərkən bildirib.