Peruda oksigen balonu olmadığına görə xəstələr öldü

0
338
Peruda oksigen balonu olmadığına görə xəstələr öldü

Perunun şimalında yerləşən xəstəxanalardan birində oksigen balonu olmadığına görə 12 koronavirus xəstəsi vəfat edib. Bu barədə EFE agentliyi məlumat yayıb.

Bildirilib ki, ölüm hadisəsi aprelin 9-u Talara şəhərində baş verib. Tədarükçülərin ehtiyat tükənmədən əvvəl onlara okigen balonlar göndərməsinə baxmayaraq, xəstəxana rəhbərliyi məsələyə ciddi yanaşmayıb. Piura bölgəsindəki xəstəxanalara oksigen tədarük edən Oximan şirkəti balonların paytaxt Limadan gətirildiyini və bölgədə koronavirus xəstələri üçün lazımlı təchizatın olmadığını qeyd edib.

Öz növbəsində prokurorluq nümayəndələri hadisə ilə bağlı ilkin istintaqın başladığını elan ediblər.