Peruda bir həftədə ikinci nazir istefası

0
318

Perunun müdafiə naziri Valter Edison Ayala Qonsales istefa verdiyini açıqlayıb.

O, son bir həftədə vəzifəsini tərk edən ikinci nazir olub.

“Vəzifəmi respublika Prezidentinə və Silahlı Qüvvələrin Ali Baş Komandanına təhvil verirəm, ölkəmə təşəkkür edirəm və ölkə qarşısında borcumu yerinə yetirirəm”, – deyə o, tviterdə yazıb.

Yerli “El Comercio” qəzeti yazır ki, müdafiə nazirinin postu tərk etməsi bir sıra yüksək rütbəli hərbçilərin şikayətlərindən sonra baş verib. Guya ölkə Prezidenti Pedro Kastilyoya yaxın olan şəxslər xidmətdə irəliləmələri məqsədilə hərbçilərə təzyiq edib. 

Qeyd edək ki, noyabrın 2-də Perunun daxili işlər naziri Luis Baraansuela istefa verib. O, pandemiya dövründə tətbiq edilmiş qadağanı pozaraq parti təşkil etməkdə ittiham olunub.