Peru Konqresində Azərbaycanla bağlı sənəd qəbul edilib

0
587

Peru Respublikasının Konqresi Azərbaycanı 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib.

Sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin bütün vətəndaşları bərabər siyasi hüquqlarla təmin edən, şərqin ilk demokratiyası olması qeyd edilir.

Vurğulanır ki, bu gün Azərbaycan çox millətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Qeyd edilir ki, bütün dünya azərbaycanlıları 28 May tarixini Azərbaycanın milli bayramı kimi qeyd edirlər və öz əcdadlarının bütün Qafqaz regionunda, Orta Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasında oynadıqları rolu daim xatırlayırlar. Sənəddə ölkələrimiz arasında diplomatik münasibətlərin 1996-cı ildən qurulması və Peru üçün Azərbaycanın mühüm tərəfdaş olduğu qeyd edilir.

Vurğulanır ki, 2015-ci ildə Peruda Azərbaycan Respublikasının və 2017-ci ildə Azərbaycanda Peru Respublikasının səfirlikləri açılıb və bu, ölkələrimiz arasında daha sıx dostluq əlaqələrinin yaranmasına, müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf etməsinə təsir göstərib.

Sənəddə ölkələrimiz arasında diplomatik münasibətlərin 1996-cı ildən qurulması və Peru üçün Azərbaycanın mühüm tərəfdaş olduğu qeyd edilir. Vurğulanır ki, 2015-ci ildə Peruda Azərbaycan Respublikasının və 2017-ci ildə Azərbaycanda Peru Respublikasının səfirlikləri açılıb və bu, ölkələrimiz arasında daha sıx dostluq əlaqələrinin yaranmasına, müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf etməsinə təsir göstərib.

Sənəd Konqresin birinci vitse-spikeri Leyla Çihuan Ramos tərəfindən imzalanıb.