Pensiya yaşı ilə bağlı mühüm xəbər: 2024-cü ilə qədər…

0
179

Rusiya vətəndaşları 2024-cü ildə pensiya yaşı ilə bağlı böyük sürprizlə qarşılaşacaqlar”.

Bunu pensiya üzrə ekspert Sergey Vlasov deyib.

Ekspert qeyd edib ki, hazırda pensiya yaşının artırılması ilə bağlı keçid dövrü davam edir. Pensiya islahatının tam müddəaları 2028-ci ilə qədər qüvvəyə minməlidir. Onun sözlərinə görə, bundan sonra qadınlar üçün pensiya yaşı 60, kişilər üçün isə 65 yaş olacaq.

“Hər bir şəxs pensiya yığım proqramında iştirak etməklə özü üçün pensiya yaşını beş il azalda bilər, çünki qeyri-dövlət pensiyalarının ödənilməsi müvafiq olaraq 55 və 60 yaşdan başlayır. 2024-cü ildə isə bu cür proqramların iştirakçıları üçün yeni qaydalar qüvvəyə minəcək, – ekspert qeyd edib.