Pensiya yaşı azaldıla bilər? – Nazirdən MÜHÜM AÇIQLAMA

0
182

Azərbaycanda effektiv pensiya yaşı 62-dir. 65 yaş normativ yaşdır. Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş çoxsaylı güzəştlər nəticəsində effektiv yaş 62-dir. Bu, dünyada ən aşağı yaşlardan biridir.

Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən “Heydər Əliyev -100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu da pensiyada olmanın ən yüksək rəqəmlərindən biridir.

“Əgər biz pensiya sistemini, sosial təminat sistemini dağıtmaq istəyiriksə, istənilən opportunist illər, rəqəmlər səsləndirilə bilər. Gəlin deyək ki, 30 yaşından pensiya olacaq. Bunun altında nəzəri, elmi elmi təhlili olmalıdır. Dünyada ən uzun müddətli pensiya dövrlərindən biri Azərbaycandadır. Bu da 15 ildir. Xüsusi güzəştli təbəqə, hərbçilər, əlilliyi olan insanlarımız və digərləri üçün pensiya dövrü 18 ildir. Bu da dünyada ən uzunmüddətli pensiya dövlərindən biri hesab olunur. Bu rəqəmlər 1 milyon 100 min pensiyaçının arasından olan rəqəmlərdir”, – deyə nazir əlavə edib.