Pensiya və əməkhaqqı ilə bağlı əhaliyə ŞAD XƏBƏR: “Elə bir vacib layihə var ki…”

0
568

“Əmək və Sosial Siyasət Komitəsinin əlində elə bir vacib layihə var ki, neçə vaxtdı onun üzərində çalışırıq. Bu da “Turizm haqqında” qanun layihəsidir. Cənab prezidentin Mili Məclisə göndərdiyi əlavə və dəyişiklikləri müzakirə edirik. Əlavə və dəyişikliklərin də mahiyyətində əhalinin sosial rifahının yaxşılaşdırılması ideyası dayanır. Belə layihələri gözləyirik”.

Bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli payız sessiyasına çıxarılacaq yeni qanun layihələrindən danışarkən deyib.

Картинки по запросу hadi rəcəbli

“Cənab prezident 2019-cu ili sosial müdafiənin gücləndirilməsi ili elan edib. Bu baxımdan biz bu tipli əlavə və dəyişiklikləri parlamentin gündəliyində gözləyirik”-deyə komitə sədri əlavə edib.

Hadi Rəcəbli parlamentin payız sessiyasından danışarkən bildirib ki, payız sessiyası müddət olaraq qısa olsa da, mahiyyət etibarilə güclüdür:

“Ona görə güclüdür ki, gələn ilin büdcəsini, yaşayış minimumu rəqəmini, eləcə də, sosial büdcəni təsdiq edəcəyik. Bu il gələn ilin büdcəsini formalaşdıracaq xeyli işlər var. Minimum əmək haqqının, minimum pensiyaların artması büdcədə sosial yönümlülüyü artıracaq. Əvvəllər büdcənin 27-28 %-i sosial məqsədlərə gedirdisə, 2020-ci ildə bu rəqəm 35-37 civarında olacaq. Düşünürəm ki, büdcənin böyük hissəsi 35-37%-i sosial müdafiə və bu istiqamətli məsələlərə yönələcək. Minimim əmək haqqı 900.000 nəfəri əhatə edir. 700.000 nəfərin isə minimum pensiya həddi kəskin surətdə yuksələcək. Bizim hesablamalarımız göstərir ki, bu məsələlrə üçün məbləğ 5 milyarda qədər ola bilər. Əvvəlki illərdə xərclər qrafasında bizim məsrəfimiz nə qədər idisə, bundan sonra 5 milyar manata qədər olacaq. Bu da büdcənin əsasən sosial yönümlü olmasından xəbər verir”.