Pensiya ilə bağlı mühüm xəbər – Məbləğ artır

0
107

Pensiya yaşının müəyyən edilməsi ilə bağlı müəyyən spekulyasiyalara yol verilir. Bundan populist məqsədlər üçün istifadə etmək kimi cəhdlər də mövcuddur. Bu yolverilməzdir. İnsanların sosial müdafiəsi, rifahı, iş həyatının inkişafı, davam etdirilməsi ilə bağlı məsələlərdə həssas olmaq lazımdır. Ona görə də, məsələyə populist düşüncə ilə yanaşmaq bir çox xoşagəlməz nəticələrə səbəb olur.

Bunu iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

O qeyd edib ki, bu kimi yanaşmalar cəmiyyətdə bir sıra hallarda çaşqınlıq yaradır:

“Məsələyə elmi cəhətdən əsaslandırılmış arqumentlərlə yanaşmaq vacibdir. Pensiya siyasəti və təyinatı ilə bağlı yanaşmalar ölkədəki sistemli sosial-iqtisadi mühitə əsaslanmalıdır. “Müavinətləri artıraq, ödənişlər edək, pensiya yaşını aşağı salaq” kimi fikirlərlə deyil, ölkə iqtisadiyyatının qüdrətini artırmaqla məşğul olmalıyıq. İqtisadiyyatda imkanlar, resurslar artsa, əksər hallarda insanlar pensiya yaşlarının aşağı salınmasına deyil, daha çox işləməyə, resurs əldə etməyə, gələcəkdə yüksək pensiya kapitalı yığmağa üstünlük verərlər”.

İqtisadçı-ekspert hesab edir ki, iqtisadiyyatda yüksək texnoloji tutumlu sahələrin inkişafı təmin edilməyibsə, o zaman əməkhaqqı, pensiya kapitalı aşağı olacaq:

“Pensiya kapitalının aşağı olması şəraitində vətəndaş 63-65 yaşda pensiyaya çıxsa belə onun maddi ehtiyaclarını həmin pensiya ödənişi qarşılamayacaq. Ona görə də, bu məsələyə birmənalı yanaşmaq yolverilməzdir. Prezident tərəfindən sosial yönümlü tədbirlərin həyata keçirilməsi prosesləri effektiv şəkildə davam etdirilir”.

Elşad Məmmədov sosial sahədə islahatlar başlamamış pensiya təyinatı ilə bağlı olan yanaşmalara diqqət çəkib:

“Bu istiqamətdə çirkin üsullara əl atanlar az deyildi. Pensiya təyinatı, pensiyaların məbləğinin formalaşdırılması ilə bağlı ədalətsizliklər, neqativ hallar barəsində də düşünməyə ehtiyac var. Bu gün şəffaflıq təmin edilibsə, ardıcıl şəkildə artıq faizlərlə deyil, pensiyaların məbləği dəfələrlə artırılıbsa, bu, müsbətə doğru atılan addımların nəticəsidir”.