Pediatr: Uşaqlarınızın tərbiyəçisi qohum-qonşudursa, başqa heç nə gözləməyin

0
138

Uşaqlara ağıllı telefon verməyin! Yaxın günlərdə belə bir hadisə oldu. 11 yaşlı bir qız həmyaşıdı ilə yaşına uyğun olmayan görüntülərə baxmış və ciddi sinir sarsıntısı keçirmişdi. Vəziyəti idarəolunmaz hala gəlmişdi. Özünü öldürəcəyini deyir, hər kəsə nifrət etdiyini söyləyirdi. Anası mənə müraciət edəndə əlbəttə ki, psixotrop dərman müalicəsi olmadan kömək edə bilməyəcəyimizi dedim.

Bu sözləri pediatr Aytən İsmayılzadə deyib. Analara və atalara səslənən həkim onları diqqətli olmağa çağırıb:

“Uşaq nevroloqu təyinatı ilə çox şükür ki, uşaq normala döndü. İndi çoxunu belə sual maraqlandıracaq ki, görəsən, uşaq telefonda nə görmüşdü? Gördüyünün fərüi yoxdur, əsas odur ki, uşaq bu cür kriz vəziyyətinə düşmüşdü. Valideyni də uşağa telefon verməyib. Bu uşağı həmyaşıdı cəlb edib. Məsələ nədir? Uşağınızı tanımadığınız adama etibar etmədiyiniz kimi, telefona da etibar etməyin. Uşağın telefonla (uzun-qısa fərq etmir) vaxt keçirməsinə icazə vermək əxlaqına, tərbiyəsinə bələd olmadığının bir insana uşağın üçün dayəlik haqqı verməkdir. Uşaqlarımızın tərbiyəçisi tik-tok, instaqram, Yutub, qohum-qonşunun “whatsap” statusları olduqca biz onlardan başqa nəsə istəyə bilməyəcəyik.

Belə olduqca uşaqlarda suisid hadisələrinin artması qəribə gəlməsin. Uşaqlar hər gördüyünü bizim gördüyümüz kimi alqılamır. Çunki bizim yaşam təcrübəsi onlarda yoxdur. Real həyatda uşaqların gözü qarşısında ölüm, muharibə, savaş, aqresiya, söyüş və s. yolverilməz olduğu kimi, online həyatda da bunlar olmamalıdır. Ancaq biz uşağın qolundan tutub real həyatda kənara dartırıq, təəsüf ki, telefonu əlindən dartıb ala bilmirik, “Gücümüz çatmır”. Uşaqların səbirsiz olmasının, diqqət yayqınlığının, plansız, proqramsız, dərsə həvəssiz, tənbəl olmalarının başlıca səbəbi telefon asılılığıdır. Beyində dominantlıq edən rəngli telefon görüntüləri onların həvəsini özünə çəkir. Əgər bu görüntülər, yazılar, söhbətlər onlara uyğun deyilsə, bu, umumiyyətlə, bir uşaq beynində qalmaqallı hadisələr törədir. Bundan da valideynin xəbəri olmur. Çünki heç də hər uşaq gördüyünü gəlib danışmır, ya bunun fərqində olmur, ya da bilərəkdən gizlədir. Hər iki halda toksik məlumatlar şüuraltına kök salır. Bu isə digər travmalar kimi mental sağlıq üçün təhlükə yaradır”.