
ABŞ-da proqram təcizatı buraxan “Adobe” şirkətinin təsisçilərindən və PDF formatını yaradanlardan biri olan Çarlz Geşke 82 yaşında vəfat edib.
Bu barədə şirkətin rəhbəri Şantanu Narayenin işçilərinə göndərdiyi məktubunda bildirilir.

Associated Press məktubdan sitat gətirərək yazıb: “Bu, bütün “Adobe” cəmiyyəti və on illərdir bələdçi və qəhrəman olduğu texnoloji sənayesi üçün böyük itkidir”.
Ç.Geşke Karnegi-Mellon Universitetində doktorluq dərəcəsini alıb və daha sonra Palo Alto şəhərində “Xerox” araşdırma mərkəzində çalışıb, 1982-ci ildə amerikalı alim Con Uornokla “Adobe” şirkətini qurub. 2009-cu iki təsisçi o zamanki ABŞ prezidenti Barak Obama tərəfindən Milli texnologiya və innovasiya medalı ilə təltif ediliblər.