Paytaxtdakı bəzi müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilib

0
511

Paytaxtın Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından bəzi müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən saytımıza bildirilib ki, Moskva prospekti (“Şamaxinka” adlanan ərazidə) yeni tikilən yerüstü piyada keçidinin dayaqlarının yerləşdiyi ərazidə aparılacaq təmir işləri ilə əlaqədar prospektin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinədək olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bu səbəbdən həmin hissədə fəaliyyət göstərən marşrutların hərəkət sxemi aşağıda göstərilən qaydada təşkil olunub:

18 və 65 nömrəli marşrutlar

“20 Yanvar” metro stansiyası – 9-cu mikrorayon istiqamətində: Moskva prospekti – Mir Cəlal küçəsi, daha sonra öz xətti üzrə

135 nömrəli marşrut

Bakı Mühəndislik Universiteti – “Memar Əcəmi” metro stansiyası istiqamətində: Moskva prospekti – R.Cəfərov küçəsi – 3 mikrorayon dairəsi, daha sonra öz xətti üzrə

170 nömrəli marşrut

Binəqədi qəsəbəsi – “Memar Əcəmi” metro stansiyası istiqamətində: Moskva prospekti – Mir Cəlal küçəsi – Asif Məhərrəmov küçəsi – 20 Yanvar küçəsi, daha sonra öz xətti üzrə

“Memar Əcəmi” metro stansiyası – Binəqədi qəsəbəsi istiqamətində: 20 Yanvar küçəsi – Asif Məhərrəmov küçəsi – M.Cəlal küçəsi – Bakı-Sumqayıt şosesi, daha sonra öz xətti üzrə

193 nömrəli marşrut

4-cü mikrorayon – Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində: 20 Yanvar küçəsi – Asif Məhərrəmov küçəsi – S.C.Pişəvari küçəsi – M.Həsənov küçəsi, daha sonra öz xətti üzrə

Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi – 4-cü mikrorayon istiqamətində: R.Cəfərov küçəsi – Asif Məhərrəmov küçəsi – 20 Yanvar küçəsi, daha sonra öz xətti üzrə.