Payızda qəbul edilməsi ən vacib vitaminlər

0
385

Rusiyalı dietoloq, allerqoloq-immunoloq Marina Apletayeva payız mövsümündə immuniteti qorumaq üçün lazım olan məhsullar barədə danışıb.

Onun sözlərinə görə, beta-karoten orqanizmin mövsümi xəstəliklərdən qorunmasında həlledici rol oynayır.

“Payız dövründə tünd narıncı, sarı-narıncı rəngli qidalar qəbul etməlisiniz. Bunlar şaftalı, ərik, gavalı, balqabaq, yerkökü, qovundur”.

O, qeyd edib ki, A vitamini yuxarı tənəffüs orqanlarının selikli qişasını viruslardan və bakteriyalardan qoruyur. Amma onun tək qəbulu zəhərlənməyə səbəb ola bilər.

Mütəxəssis bildirib ki, payız fəslindəki C vitamini  də əhəmiyyətli rol oynayır:

“C vitamini ilə zəngin qidaların qəbulu vacibdir. O, yaxşı antioksidandır, bədənin hüceyrələrini zərərlərdən qoruyur”.