Patriarx Kirilldən Bakı və İrəvana: Savaş başlasa…

0
1247

Moskva və Bütün Rusun patriarxı Kirill Azərbaycan və Ermənistanı dialoqa çağırıb.

O, konfliktin 33 ildir davam etdiyini və hər dəfə konflikt gərginləşəndə onu şəxsi ağrısı kimi qəbul etdiyini bildirib.

1995-ci ilin 13 iyununda Moskvada Rus Pravoslav Kilsəsinin təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin görüşünü xatırladan Kirill burada Azərbaycan-Ermənistan konfliktinin dini əsasları olmamasına dair birgə bəyanatın qəbul edildiyini bildirib:

“Qafqazda gərginliyin güclənməsində maraqlı olan qüvvələri izləməməyə çağırıram. Qafqazda yeni müharibə özünə müxtəlif növ terrorçu və ekstremist cəlbini qaçılmaz edəcək ki, bu da regionu uzun müddət sülh və stabillikdən məhrum edəcək”.

Kirill Rus Pravoslav Kilsəsinin Qarabağ konfliktinin həllində uzun illərə dayanan sülhməramlı fəaliyyətinin ona Azərbaycan və Ermənistan dini liderlərinə müraciət etmək imkanı verdiyini deyib:

“Əziz qardaşlar, sizdən qardaşlıq görüşlərinin gedişini möhkəmləndirməyi xahiş edirəm. Rus Pravoslav Kilsəsi konfliktin tezliklə bitməsi üçün dua edir”.