Paşinyanla Qareginin Qarabağ davası – Ermənistan tarixində ilk dəfə nə baş verdi?

0
137

Erməni Qriqoryan kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosi II Qareginin Yeni il müraciəti Ermənistanın İctimai Televiziyasında yayımlanmadı. Bu, Ermənistanın müstəqilliyindən bəri baş verən ilk hadisədir və xüsusilə iki səbəbdən qaynaqlanır:

Birincisi,
Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasındakı qarşıdurmadır: Nikol hakimiyyətə gəldikdən sonra kilsə ilə daim qarşıdurma yaşayıb, çünki erməni baş nazir tarix boyu diasporu koordinasiya edən, siyasətə yön verən və dövlətin idarə edilməsinə qarışan kilsə ilə anlaşmır; 44 günlük müharibədən sonra Qareginin Paşinyanı istefaya çağırmasından sonra münasibətlər daha da kəskinləşib;

İkincisi, II Qaregin Yeni il müraciətində Qarabağdan bəhs edir, qondarma “artsax”ın adını çəkir və belə bir müraciətin İctimai Televiziyada yayımlanması rəsmi İrəvanın Bakı ilə sülh danışıqlarına ziddir;

Hərçənd, 44 günlük müharibədən sonra bütün qarşıdurmaya baxmayaraq, Qareginin müraciətləri İctimai TV-də yayımlanırdı, bu baxımdan, katolikosa indi qadağanın qoyulması daha çox ikinci səbəbdən – Bakı ilə sülh prosesinə problem yarada biləcəyindən qaynaqlanır.

Qareginə qadağanın qoyulmasından sonra Ermənistan İctimai Tv-nin qarşısında “xəcalət” və “TRT1” sözləri yazılıb. Etiraz məqsədilə yazılan bu sözlər Paşinyan hakimiyyətinə qarşı 44 günlük müharibədən sonra daim səslənən “türk” ittihamı ilə assosasiya olunur.