İyunun 9-da bütün ermənilərin katolikosu II Qaregin Birləşmiş Ərəb Əmirliklərinə bir günlük səfərə yola düşüb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Qaregin Kolkatadakı Müqəddəs Nazaret Kilsəsinin və Erməni Xeyriyyə Seminariyasının qəyyumları ilə görüşəcək.
Qeyd edək ki, bir nüddətdir Ermənistanın baş naziri Nikol Paşinyanla II Qaregin arasında münaqişə yaşanır.
Qaregin Paşinyana qarşı mübarizədə özünə müttəfiqlər axtarmaq üçün müxtəlif ölkələrə səfər edir. O, həmin ölkələrdəki erməni icmasını öz tərəfinə çəkməyə çalışır.