Paşinyanla Köçəryan arasında dava düşdü

0
151

Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyanla ölkənin keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan arasında dava düşüb.

L.Köçəryan baş nazirin təhlükəsizlik siyasətinin iflasa uğradığını iddia edib.

Keçmiş prezidentin oğlu N.Paşinyana “sən” deyərək müraciət edib.

Bu, hakim partiyanın deputatlarının emosional reaksiyasına səbəb olub.

N.Paşinyan L.Köçəryana daha diqqətli danışmağı tövsiyə edib.