Paşinyanın son çırpınışları – Əsl MƏQSƏDİ BUDUR

0
384

Ermənistanın baş naziri Nikol Paşinyan dinc xalqı cəbhəyə səsləyərək Azərbaycanı mülki əhaliyə zərər verməkdə günahlandırmaq niyyətindədir.Yaxın Şərq Universitetinin Hüquq Fakültəsinin müəllimi Hüseyn Pazarcı deyib.

Professor bildirib ki, bu durum Ermənistanı Qarabağdan çıxmamaq üçün əlindən gələni edəcəyini göstərsə də, döyüş meydanından gələn bilgilər onların əleyhinə işləyir. Bu bilgilər Azərbaycanın xeyli uğurlu strategiya izlədiyini göstərir.

Yeditepe Universitetinin Hüquq Fakültəsinin müəllimi Məsud Haqqı Caşın bildirib ki, Dağlıq Qarabağ münaqişəsində dinc əhalinin hədəf alınması bölgədəki vəziyyəti beynəlxalq cəza hüququnun mövzusu durumuna gətirib: “Qarabağda Azərbaycan və Ermənistanın tərəf olmadığı Roma Statusu və Beynəlxalq Cinayət

Məhkəməsini maraqlandıracaq cinayətlər işlənir. Xüsusilə, dinc əhalinin hədəf alınması ciddi bir müharibə cinayətidir. Ermənistan ikinci dəfə Gəncəni bombalamaqla şüurlu şəkildə dinc əhalini hədəf aldığını sübut etdi. Bu cinayətləri işləyənlər fərdi şəkildə də cəzalandırıla bilər. Qarabağda milli, etnik və dini qrupun qismən və ya tamamilə yox edilməsi hədəflənmişdi. Bu, soyqırımı və ya müharibə cinayətidir. Dinc əhalinin və uşaqların sistematik olaraq hədəf alınması əmrini verənlər Çilili diktator Avqusto Pinoçet kimi fərdi məsuliyyət məhkəməsinə cəlb olunmalıdır”.

Avrasiya Analizlər Mərkəzinin prezidenti Alev Kılıç isə Paşinyanın son çırpınışlarını etdiyini bildirib: “Paşinyan təşviş içindədir. İctimaiyyətdə siyasi, beynəlxalq təmsalar baxımından və hərbi baxımdan güclü olduqları, Azərbaycana qarşı hər zaman mübarizə apara biləcəkləri təxribatı aparır. Lakin bunların heç biri əsaslı və doğru deyil. Dolayısı ilə bu, Paşinyanın öz auditoriyasında daha çox çətin vəziyyətə düşməsinə səbəboldu. Paşinyan müvəqqətidir. Ona görə də daha çox hakimiyyətdə qalmağın son çırpınışlarını edir. İndi öz xalqından mədəd umur. “Bir şey edə bilirsinizsə, buyurun, size din” deməyə gətirib çıxarır”.