Paşinyanın partiyasından olan deputatlar bayram edirlər: Aprelin 5-dən sonra nə olacaq?

0
168

Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 5-də Brüsseldə keçiriləcək görüşünə hakim “Mülki Müqavilə” partiyasının deputatları arasında böyük ümidlər bəslənilir.

Deputatlar bu görüşü ölkənin və onların xilası üçün müstəsna əhəmiyyət kəsb edən hadisə olacağına ümid edirlər.

“Hraparak” qəzeti mövzunu inkişaf etdirərək yazır: “Bu görüş Ermənistanın sonda hara gedəcəyini müəyyən edəcək. Əgər Qərb “dəstək” bəyanatları ilə yanaşı, əməli addımlar atsa və Ermənistana külli miqdarda pul ayırsa, bunun sayəsində Rusiya iqtisadiyyatından ayrılmaq mümkün olarsa, hakimiyyət tərəddüd etmədən təhlükəsizlik vektorunu dəyişməyi öhdəsinə götürəcək. Söhbət bir neçə milyard dollardan gedir”.