Paşinyanın KTMT ilə bağlı iddialarına Kremldən reaksiya gəldi: Biz qəti şəkildə…

0
50

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) verdiyi qiymətlə bağlı fikirlərlə qətiyyən razılaşmır.

Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz qəti şəkildə cənab Paşinyanla razılaşmamalıyıq, KTMT-dən Ermənistanın suverenliyinə heç bir təhlükə gələ bilməz və gəlmir”, – deyə o vurğulayıb.

Peskov əlavə edib ki, Moskva bu mövqeyi Ermənistan rəhbərliyinin diqqətinə çatdıracaq.

Qeyd edək ki, Paşinyan Ermənistanın KTMT-də iştirakının dondurulduğunu bəyan edərək, təşkilatın Ermənistanın suverenliyinə təhlükə yaratdığını bildirmişdi.