Paşinyanın generalla Şuşa müzakirəsinin detalları

0
384

Ermənistanın Vətən Partiyasının lideri Artur Vanetsyan Nikol Paşinyanla general-mayor Vitali Balasanyan arasında 25 oktyabrda İrəvanda baş tutan görüşün detallarını açıqlayıb.

Vanetsyan bu barədə jurnalistlərə danışıb.

“Balasanyan Nikol Paşinyana dedi ki, cəbhədə ən ağır vəziyyət haradadır? Nikol Paşinyan Şuşa cavabını verib. Vitali Balasanyan deyib ki, Şuşanın müdafiəsini mənə verin, əgər mən bacarmasam, çıxıb Şuşanın Balasanyana görə verilməsi ilə bağlı bəhanəniz olacaq. Paşinyan bu razılığı versə də, Balansanyana Şuşanın müdafiəsi son günə qədər verilməyib. Vitali Balasanyana Qarabağda deyiblər ki, onlar belə əmr almayıblar. İndi belə sual yaranır ki, Balasanyana niyə Şuşanın müdafiəsi verilməyib”, – deyə o bildirib.