“Qərbdəki tərəfdaşlarımızın ortağı olan Türkiyəni inandıracağıq ki, Qarsı, Sürməlini, İğdırı almaq fikrində deyilik. Elə etməliyik ki, Türkiyə bizdən çəkinməsin. ABŞ Türkiyəyə deyəcək ki, Ermənistan marionetdir, Fransa deyəcək ki, ermənilər bizim qardaşımızdır. Türkiyə də Azərbaycanı inandıracaq. Ən savadsız adam belə anlayır ki, müharibənin ermənilərə xeyri yoxdur”.
Bu barədə Ermənistanın hakim partiyasının deputatı Ovik Ağazaryan müxalif media olan “Hraparak”a müsahibəsində deyib.
Paşinyanın deputatı erməni jurnalistin “Türkiyə və Azərbaycanın Tavuşu, Cermuku (İstisu-red), İrəvanı almaq istəməsində proble görmürsünüz” sualına cavabında bildirib ki, Tavuş torpaqlarını heç kim vermir: “Bu ərazilər Azərbaycana məxsus yaşayış məntəqələridir və onlar qaytarılır”.
O.Ağazaryan aprelin 5-də keçiriləcək Brüssel görüşünün Ermənistan iqtisadiyyatının və müdafiə qabiliyyətinin gücləndirilməsinə hesablandığını da bildirib.