Ermənistan müxalifəti Nikol Paşinyanı devirmək məqsədilə müvəqqəti hökumət yaradıb.
Müvəqqəti hökumətə keçmiş ombudsman Arman Tatoyan rəhbərlik edir.
Bu layihənin davam etdirilməsi üçün əsas tələb bütün keçmiş prezidentlər və katolikslərin dəstəkləməsidir.
“Hraparak” nəşri yazır ki, birinci prezident Levon Ter-Petrosyan ideyanı dəstəkləməkdən imtina etdiyi üçün layihə təxirə salınıb.
Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan və keçmiş ombudsman Tatoyan məlumatı təkzib etsə də, nəşr mənbələrə istinadən müəyyən detalları açıqlayıb.
“Milli Komitənin rəhbəri Vazgen Manukyan müxtəlif tərəflərlə, o cümlədən, Ter-Petrosyanla görüşməyə, danışıqlar aparmağa çalışıb. Lakin Petrosyan ümumiyyətlə görüşməkdən imtina edib”, – nəşr yazır.
V.Manukyan da məlumatı təkzib etməyib.