Paşinyandan Bakıya təklif: “Maddələr razılaşdırılıb, imzalaya bilərik”

0
70

Ermənistan Azərbaycanı sülh sazişinin artıq razılaşdırılmış bəndlərini imzalamağa və qalanları üzərində işləməyə dəvət edir.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

“Sülh müqaviləsinin son layihəsində 17 maddə var, bunlardan 13-ü artıq tam razılaşdırılıb, daha üç maddə birdən çox təklifdən ibarətdir ki, onlar da razılaşdırılıb. Bütün fundamental prinsiplər orada Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ilə bağlıdır. Ona görə də bu, mümkündür”, – Paşinyan bildirib.

Ermənistanın baş naziri hesab edir ki, heç bir sülh müqaviləsi bütün suallara cavab verə bilməz. Bu səbəbdən də sülh müqaviləsi imzalandıqdan sonra diplomatik münasibətlərin qurulması üçün platforma yaratmaq mümkün olacaq ki, bu da digər məsələlərin həllini xeyli asanlaşdıracaq.

“Razılaşdırılmış maddələr sülh sazişinin həyata keçirilməsi ilə bağlı bütün məsələlərin daimi platformada müzakirəsini mümkün edən mexanizmdən ibarətdir”, – deyə Ermənistanın baş naziri əlavə edib.