Paşinyana qarşı yeni siyasi partiya yaradılır

0
451
Paşinyana qarşı yeni siyasi partiya yaradılır
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan siyasətlə məşğul olmaq və partiya yaratmaq niyyətində olduğunu bəyan edib.
Vanetsyan bir çox media rəhbərləri və jurnalistlərlə görüş keçirib.

“Mən partiyaya kimlərin qoşulacağı barədə hələlik açıqlama vermək, ad çəkmək istəmirəm. Bir çoxları ilə danışıqlar aparmışam. İdeologiya haqqında partiyanın təsis qurultayında danışacağıq”, – deyə Vanetsyan deyib.

O, təsis edəcəyi partiyanın mərkəz sağçı olacağını söyləyib.

Xatırladaq ki, Vanetsiyan baş nazir Nikol Paşinyanın siyasətinə etiraz olaraq ötən ilin sentyabrında istefa verib.