Anladığım qədəri ilə Ermənistan MDB-dən çıxmaq fikrində deyil.
Bu barədə Rusiya prezidenti Vladimir Putin MDB-nin Bişkek sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Baş nazir Paşinyanla bir-birimizə zəng vurub danışdıq, o cümlədən bugünkü sammitlə bağlı. Orada kifayət qədər başa düşülən hallar var. Mən bu barədə danışmayacağam, yaxşı olar ki, bunu Ermənistanın baş nazirindən soruşum. Anladığım qədərilə, Ermənistan MDB-dən heç yerə getmir”, – Putin bildirib.
Oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. Tədbirdə Rusiya, Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri iştirak ediblər.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstan prezidenti Sadır Japarovla telefon danışığında bir sıra hallara görə MDB-nin Bişkek sammitində iştirak edə bilməyəcəyini bildirib.