Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək? – VİDEO

0
144

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Qazaxın işğal altında qalan kəndlərinə gəlir.

Bu barədə “news.am” saytı yazır.

Məlumata görə, Paşinyan ermənilərin məskunlaşdırıldığı Əskipara kəndinə gələcək.

Erməni baş nazir martın 18-də Əskiparada ermənilərlə görüşmüşdü. O, həmin görüşdə kəndlərin – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin Azərbaycana məxsus olduğunu, buna görə qaytarılacağını bəyan edib.