Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən və Ermənistan ordusunun ağır məğlubiyyətindən sonra ölkəsində xain elan edilən Baş nazir Nikol Paşinyan Yeni il mesajı yayımlayaraq, xalqa müraciət edib. O, Türkiyə məhsullarının ölkəyə idxalının altı ay qadağan edilməsi ilə bağlı açıqlamalar verib.
Türkiyəyə altı ay müddətində ciddi sanksiyalar tətbiq edirik. Bu qərarımızla Türkiyə bazarı sarsılıb. Əgər Azərbaycana dəstək verməyi dayandırsalar, qərarımızı təkrar gözdən keçirərik”, – deyə o bildirib.
Paşinyanın bu açıqlamaları sosial mediada gülüşlə qarşılanıb.
Qeyd edək ki, Ermənistan hökuməti Azərbaycan qarşısında ağır məğlubiyyətdən sonra Türkiyə məhsullarının ölkəyə idxal edilməsini altı ay müddətinə yasaqlayıb. İrəvan bunu təhlükəsizlik və Türkiyənin Qarabağda baş verənlərdə rolu ilə izah edib.