Paşinyan yenə də Gürcüstana gedir: Məqsəd nədir?

0
203

Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü Gürcüstana işgüzar səfər edəcək.

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, yanvarın 26-da Tbilisidə Ermənistan-Gürcüstan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək.

Paşinyanın gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşü planlaşdırılır.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin oktyabrında Gürcüstana işgüzar səfər edib. Tbilisidə “İpək Yolu” beynəlxalq konfransında iştirak edib.