Paşinyan yardım axtarışında təcili Moskvaya uçdu

0
950

Hərbi avantürada uğursuzluğa düçar olan Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya təcili səfərə gedərək, Rusiyadan Ermənistan-Azərbaycan sərhədində baş verən gərginliklə əlaqədar ona müvafiq səviyyədə yardım etməsini istəyib.

Paşinyan ATƏT və KTMT-dən heç bir yardım almadığı üçün çıxılmaz vəziyyətfə qalıb və Ermənistanın bu döyüşlərdə Azərbaycana biabırçılıqla uduzacağını başa düşdüyü üçün bu addımı atıb.

Ermənistanın uğursuzluğu bir daha göz qabağındadır. Belə ki, dünən də Ermənistanın NATO yanında daimi nümayəndəsi və hərbi nümayəndəsi təcili qaçaraq, NATO-nun hərbi komandanlığı ilə görüş keçirib. Bu görüşün də heç bir nəticəsi olmayıb.

Tarix onu göstərir ki, ermənilər həmişə bu kimi uğursuz təxribatlardan sonra dərhal “böyük qardaş” axtarışında olurlar. Ümid edirik ki, Rusiyanın Sorosun təyinatı olan N.Paşinyan və onun komandası haqqında öz fikirləri və mövqeyi vardır.