Paşinyan Venslə görüşdü: Nəyi müzakirə ediblər?

0
11

Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə görüşüb. 

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, görüş zamanı tərəflər Ermənistan-Amerika münasibətlərinə dair məsələləri, eləcə də regional gündəliyi müzakirə ediblər.

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 3-dən 7-dək ABŞ-da işgüzar səfərdədir.