“Paşinyan türkdür”: Ermənistan AYAĞA QALXDI – VİDEO

0
421

Ermənistanın hökumət binası yaxınlığında mitinq keçirilir.

Etirazçılar baş nazirin ünvanına “Nikol vətən xainidir!”, “Nikol türkdür!” şüarları səsləndirir.

Polis 25 nümayişçini saxlayaraq polis bölmələrinə aparıb.

Müxalifətin mitinqinə baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyan sərbəst şəkildə 3 saylı binaya daxil olub.

Səhər saatlarında çox sayda polis Respublika Meydanını və hökumət binalarını dövrəyə alıb. Nazirlər Kabinetinin 1 və 3 nömrəli binalarının yanında polis kordonları nümayiş olunur.

Daşnaksütyun Partiyasının üzvü Qeqam Manukyan Paşinyanın 200 metr piyada getmək üçün ətrafına 200 polis yığdığını bildirib.