Paşinyan TƏYYARƏSİZ QALDI – Özəl şirkətə əl açdı

0
12

Mayın 10-da Ermənistan hökumətinin təyyarəsi texniki xidmət üçün Yerevanın Zvartnots hava limanından Praqanın Vatslav Havel hava limanına uçub.

Bu barədə “Flightaware” saytı məlumat yayıb.

Texniki uçuş “FIE4041” nömrəlidir. FIE 2023-cü ilin sentyabrından hökumət təyyarələrinə xidmət göstərən Ermənistanın “Flyuan Armenia” aviaşirkətinin kodudur və 4041 xüsusi uçuş nömrəsidir. Ənənəvi olaraq, Ermənistanın Baş nazirini daşıyan reyslər FIE4001, Ermənistan prezidenti FIE4002, digər yüksək vəzifəli məmurları isə FIE4003 nömrələri ilə işarələnib.

Bu, ilk dəfə deyil ki, Ermənistan hökumətinin təyyarəsi (Airbus A319 ACJ, “Republic of Armenia 701” qeydiyyatı) texniki xidmət üçün Praqaya yola düşür.

2020-ci ilin may ayında Ermənistan dövlət təyyarəsi bu məqsədlə Praqadaya enib. Həmin ilin avqustunda təyyarə Çexiyanın Ostrava şəhərinə yola düşüb və orada yeni rənglərə boyanıb. Bu, dövlətə bir neçə on minlərlə avroya başa gəlib. Təyyarə 2022-ci il aprelin 14-də texniki xidmət üçün yenidən Praqaya uçub və həmin il mayın 20-də İrəvana qayıdıb. Hökumət təyyarəsi olmadığı vaxtda baş nazir “Aviakompaniya Armenia” özəl şirkətinin təyyarəsi ilə xaricə səfər edirdi.

İndi eyni şəkildir. Nikol Paşinyan bu gün Avropa Siyasi Birliyinin 6-cı sammitində iştirak etmək üçün Albaniyaya uçub, lakin özəl aviaşirkətin xidmətlərindən istifadə edib.

Ermənistan hökumətinin təyyarəsinin texniki xidmətdən nə vaxt qayıdacağı məlum deyil və o vaxta qədər baş nazir və prezident özəl daşıyıcı təyyarələrlə xaricə səfər etməli olacaqlar.