Paşinyan tapşırıq verdi: sensasion siyahı hazırlanır – Yeni qalmaqal olacaq

0
12

Ermənistanın baş naziri Nikol Paşinyanın nazirləri SMS vasitəsilə işdən çıxarmaq şousu davam edəcək.

Bu barədə “Hraparak” nəşri yazır.

Nəşr qeyd edir ki, hazırda Paşinyan səs-küy yaradacaq addımlar atır.

“Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları “qanuni oğru”ları küçənin ortasında asfalta uzadaraq, həbs edirlər. Paşinyan isə özü bahalı həyat yaşasa da, “biznes-klass”dan istifadə edən məmurların və onların ailə üzvlərinin siyahısını hazırlamaq tapşırığı verib.

Məlumat toplandıqdan sonra yeni şou gözlənilir. Paşinyan “az maaşla” bir neçə milyonluq səfərlər edənləri biabır edəcək”, – nəşr yazır.