Paşinyan sülh sazişinə Bakıda imza atacaq – Sensasion İDDİA

0
31

“Məndə olan məlumata görə, Paşinyanın Bakıya getməsi və sülh müqaviləsini Azərbaycanın paytaxtında imzalanması tələbi qoyulub”.

Bu iddia ilə erməni politoloq Argişti Kiviryan çıxış edib.

Onun sözlərinə görə, Paşinyanın Bakıya getməsi Ermənistanın son kapitulyasiyaya imza atması planının bir hissəsidir.

“Paşinyan sülh sazişinin mayın 9-da Moskvada Rusiyanın vasitəçiliyi ilə imzalanmasına çalışıb. Bu, Rusiya üçün böyük hədiyyə olardı. Putin və Paşinyanın telefon söhbətindən sonra Matvienkonun Bakıya səfəri də bu məsələni müzakirə etmək məqsədi daşıyıb. Lakin Bakının tələbi Paşinyanın Bakıda imza atmasıdır. İrəvanla Bakı arasında heç bir danışıq olmayıb, Ermənistan Azərbaycanın bütün tələbləri ilə razılaşıb”, – deyə o iddia edib.