Paşinyan “sülh” adı altında hansı oyunu oynayır?

0
178

“Azərbaycanın irəli sürdüyü beş bəndlik təklif beynəlxalq hüquqa əsaslanır. Ermənilər o prinsipləri nə qəbul edirlər, nə də təkzib edirlər. Bu artıq onların problemidir. Əgər onlar sərhədlərin delmitasiyasını istəyirlərsə, bizim prinsiplərimizə uyğun sülh müqaviləsini qəbul etməlidirlər”.

Bu sözləri açıqlamasında politoloq Cümşüd Nuriyev söyləyib.



O bildirib ki, Paşinyan bu gün təhlükəsizlik şurasındakı çıxışı zamanı sülh məsələni gündəmə gətirib. Təklifin mətni mediyaya məlum deyil. Paşinyan çıxışında 3 əsas məsələyə toxunub:

“Birncisi sərhədlərin delmitasiya məsələsi, ikinci kommunikasiyanın açılması, üçüncü isə təhlükəsizliyə zəmanət. Paşinyanın sözlərinə görə, rus sülhməramlıları 10 noyabr bəyanatının bəndlərini yerinə yetirmir. Görün Paşinyan nə qədər ağılsız insandır ki, özü imzaladığı bəndləri yerinə yetirmir, amma sülhməramlıları ittiham edir. Çünki rus sülhməramlıları ilk dəfədir ki, ermənilərin təxribatlarına uymurlar”.

C. Nuriyev deyib ki, təhlükəsizlik şurasının iclasında Paşinyan başqa bir addım da atıb:

“Bura ya BMT-nin, ya ATƏT-in hansısa qruplarını dəvət edir ki, guya həm sərhədlərə baxsın, həm də nələrisə aydınlaşdırsın. Bu təxribatdan başqa bir şey deyil. Paşinyan elə bilir ki, həm Qərbi, həm Rusiyanı, həm də İranı təmin edə biləcək. Bu qədər əks mövqelərdə olan qüvvələri bir araya gətirmək özü bir ağılsızlıqıdır. Bizi belə təxribatlarla qorxutmaq mümkünsüzdür. Azərbaycan dövləti güclü və ağıllı siyasət yürüdür”.