İrəvan Rusiya qoşunlarının ölkə ərazisində mövcudluğuna son qoymaq istəmir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O qeyd edib ki, ötən il Ermənistanda Rusiya qoşunlarının mövcudluq səviyyəsi azaldılıb.
“Hazırda bizim qarşımızda Rusiya qoşunlarının mövcudluğunu dayandırmaq vəzifəsi yoxdur”, – deyə o əlavə edib.