“Paşinyan Rusiya-Ermənistan münasibətlərini pisləşdirir”

0
169

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya-Ermənistan münasibətlərini pisləşdirir.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazıb.

Qeyd olunub ki, N.Paşinyan və komandası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tədbirlərində iştirakdan ard-arda imtina edib: “Bundan sonra isə İrəvan KTMT-də iştirakını faktiki olaraq dayandırıb. O, Fransanın “France 24” nəşrinə müsahibəsində də bu barədə danışıb. Rəsmi Moskva isə bu mövqeyinə görə İrəvanı tənqid edib”.

Qeyd edək ki, N.Paşinyan fevralın 22-də “France 24”ə müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyi isə fevralın 23-də yaydığı bəyanatda bu mövqeyinə görə Ermənistan baş nazirindən izahat tələb edib.