Paşinyan rus bazasını bağlamaq üçün Laçın yolundan necə istifadə edir?

0
236

Ermənilər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını mühasirəyə almağa hazırlaşır.

“Milli demokratik qütb” hərəkatının üzvləri yanvarın 8-də Rusiya hərbi bazasının qarşısında “Qarabağ blokadadır” iddiası ilə aksiya keçirəcək.

Aksiyanın məqsədi Rusiyanı azərbaycanlıların Laçın yolunda keçirdiyi aksiyasına müdaxiləyə məcbur etməkdir.

Bundan öncə hərəkatın üzvü Vahe Qasparyan bildirmişdi ki, “əgər yaxın günlərdə Laçın yolu açılmasa(?), Gümrüdəki hərbi bazanı bloklayacaqlar”. Hərəkat 8 yanvarda buna cəhd edəcək.

Aydındır ki, bu addımın arxasında Ermənistan hakimiyyəti dayanır və iki məqsədə hesablandığı ehtimalı var.

Birincisi, Rusiyaya təzyiq etmək və Moskvanı azərbaycanlıların aksiyasına müdaxilə etməsinə sövq etməkdir: bu, həm də Bakı-Moskva xəttində gərginliyin yaranmasına hesablanıb.

İkincisi, proseslərdən istifadə edərək, Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu minimuma endirməkdir: rəsmi İrəvanın Moskvadan uzaqlaşdığı və Paşinyanın Laçın yolunda baş verənlərdən bu məqsədlə maksimum istifadə etdiyi bəllidir. Bu situasiya fonunda Gümrüdəki hərbi bazanın bloklanması sonrakı dövrdə rus hərbçilərin Ermənistandan çıxarılması tələbinin gündəmə gətirilməsinin başlanğıcı ola bilər