Paşinyan Qazaxa gələcək – erməni baş nazir nə planlaşdırır?

0
100

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın işğal altında olan kəndlərinə gələcək.

Erməni baş nazir bu barədə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Qazaxın kəndlərinin qaytarılmasından imtina edən Paşinyan bildirib ki, vəziyyəti yerində öyrənmək üçün “Tavuşa (Qazaxın kəndləri istiqamətində) səfər edəcək”.

“Fikirlər var ki, delimitasiya bütün sərhədboyu aparılmalı, daha sonra konkret hissələrə baxılmalıdır. Yaxud delimitasiya sərhədin ən mürəkkəb hissələrindən başlamalıdır. İstisna etmirəm ki, delimitasiya Tavuş rayonundan (Qazaxın işğal altında qalan kəndləri – red) başlana bilər. Hazırda heç bir qərarımız yoxdur. Yaxın vaxtlarda problemlərlə yerində tanış olmaq üçün Tavuşa baş çəkəcəyəm”, – o deyib.