Paşinyan QAPALI İCLAS ÇAĞIRDI: “Azərbaycan imperativ tələb irəli sürüb ki…”

0
105

Ermənsitanın Baş naziri Nikol Paşinyan, Nazirlər Şurasının katibi Armen Qriqoryanın və xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə Milli Assambleyada hakim “Mülki Müqavilə” fraksiyası ilə keçirilən qapalı iclasda sərhədin demarkasiyası məsələləri müzakirə olunub.

Ötən gün Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanınbaşçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti arasında Ermənistan-Azərbaycan sərhədində görüş baş tutub.

24news.am-ın mənbəsinin sözlərinə görə, Azərbaycan tərəfi görüşdə anklavların geri qaytarılması il bağlı imperativ tələb irəli sürüb.

“Bizə çatan məlumata görə, bu məsələ “Mülki Müqavilə” fraksiyasının üzvləri ilə qapalı görüşdə müzakirə olunub”, – mənbə bildirib.

İclasdan sonra həm hakim fraksiya deputatları, həm də hökumət üzvləri iclasda hansı məsələlərin müzakirə edildiyini və hansı qərarların verildiyini açıqlamaqdan imtina ediblər.