Paşinyan Putindən xahiş etdi, Azərbaycan dərhal… – 44 günlük müharibə haqda yeni detallar

0
201

Qarabağdan Ermənistana qaçan separatçıların keçmiş “müdafiə naziri” Samvel Babayanın 44 günlük müharibə ilə bağlı ifadəsinin bir hissəsi mediada yayılıb.

Babayan 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanması haqda danışıb.

“Noyabrın 9-da axşam mənə məlumat verdilər ki, Paşinyan məlum bəyanatı imzalayacaq. Bunun qarşısını almaq üçün hökumət binasına getdim, amma artıq gec idi. Paşinyanla görüşə bilmədim, onun bu addımı xəyanat idi. Müharibə zamanı biz Araik Arutyunyanla mütəmadi olaraq döyüşlərin gedişini müzakirə edir, tab gətirə bilmədiyimizə əmin olurduq. Arutyunyan bir gün əvvəl hərbi əməliyyatların dayandırılmasını istəyib, lakin başa düşüb ki, bu ondan asılı deyil”, – o deyib.

Babayan qeyd edib ki, müharibənin gedişində Qarabağda yüksək rütbəli məmurlar (separatçılar-red) iki dəfə Paşinyana müraciət edib: “Əsas istək müharibənin dayandırılması idi. Birinci dəfə Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan etmişdi, ikinci dəfə “parlamentə” daxil olan qüvvələr. Paşinyan müharibənin dayandırılması üçün Rusiya prezidentindən xahiş edəndə, Azərbaycan dərhal daha böyük tələblər irəli sürüb”.