Paşinyan: Ona görə məğlub olduq ki…

0
405

Qarabağda məğlubiyyətimizin səbəbini anlamalıyıq.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu məğlubiyyətin səbəbini anlamaq olduqca önəmlidir. Mən müharibə haqqında bütün həqiqətləri ortaya çıxarmağı vəzifəm hesab edirəm”, – deyə baş nazir bildirib.

Paşinyan açıqlaması zamanı erməni əsgərlərlə görüşündən misal gətirib.

Erməni baş nazirin sözlərinə görə, erməni əsgərlərdən biri ona bildirib ki, anbarda silahlar olduğu halda, bölüyə silah verilməyib.

“Əgər bu məsələ təsdiqini tapsa, deməli, məğlubiyyətin səbəblərindən biri də budur”, – Paşinyan bildirib.