Paşinyan: “Məgər mən ölkədən qaçacaq adama oxşayıram?”

0
338

“Levon Ter-Petrosyan özünün şərəfli karyerası boyunca iki dəfə ölkədən çox yaxşı qaçış nümunəsi göstərib”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 20-də ölkənin Aragatsot bölgəsindəki Nerkin Bazmaberd kəndinin sakinləri ilə görüşündə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın onu haqqındakı dediyi “Paşinyan üçün tək çıxış yolu onun özünün də maraqlarına uyğun olaraq, ölkədən təhlükəsizlik zəmanəti altında müvəqqəti də olsa getməkdir” fikrini  şərh edərkən deyib.

“Levon Ter-Petrosyan deyir ki, təşkil edin, qoy baş nazir ölkədən getsin. Levon Ter-Petrosyan özünün şərəfli karyerası boyunca iki dəfə ölkədən çox yaxşı qaçış nümunəsi göstərib. Mən bəyəm ölkədən qaçacaq insana bənzəyirəm? Əgər xalq məni güllələmək qərarı versə, səssiz-səmirsiz divara söykənəcəyəm. Və qoy heç kimsə düşünməsin ki, mən öz xalqımın hər hansı qərarından sonra qaçacağam”, – deyə erməni baş nazir vurğulayıb.

Xatırladaq ki, bu günlərdə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan ölkədəki gərgin siyasi vəziyyət fonunda Nikol Paşinyanla bağlı belə bir açıqlama vermişdi: “Həm dövlətin, həm xalqın və həm də şəxsən baş nazirin özünün mənafelərindən irəli gələn yeganə çıxış yolu, fikrimcə, sonuncunun dərhal və könüllü istefası, Milli Məclis tərəfindən onun toxunulmazlığına hüquqi zəmanətlər verilməsi və onun müvəqqəti də olsa, xaricə sığınmasıdır”.

Əlavə edək ki, vaxtilə Nikol Paşinyan Ter-Petrosyanın rəhbəri olduğu Ermənistan Milli Konqresi partiyasının üzvü olub. Sonuncunu onun siyasətdəki “mənəvi atası” da hesab edirlər.