Paşinyan Kremlə zəng etdi, hesabat verdi – Putin qiymətləndirdi

0
13

Erməni tərəfinin təşəbbüsü ilə Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Telefon danışığı zamanı ilk növbədə enerji sektorunda inteqrasiya qarşılıqlı fəaliyyətinin daha da dərinləşdirilməsinin bəzi aktual məsələləri müzakirə edilib. Ali Avrasiya İqtisadi Şurası çərçivəsində birgə işin, o cümlədən Ermənistanın iqtisadiyyatı üçün əhəmiyyətli praktiki faydaları qeyd olunub.

Nikol Paşinyan İrəvanın son addımları ilə bağlı vəziyyəti Avropa İttifaqı ilə münasibətlər kontekstində izah edib. Rusiya lideri müvafiq şərhlər və qiymətlər verib”, – press-relizdə qeyd edilir.