Rusiya prezidenti Vladimir Putin BRİKS sammitinə gələcək, orada demək olar ki, bütün liderlərlə görüşəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Putin oktyabrın 22-24-də Rusiyanın ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi devizi altında keçirdiyi BRİKS-in 16-cı sammitində iştirak edəcək.
“Rusiya Federasiyasının prezidenti sammitdə iştirak edən demək olar ki, bütün liderlərlə ikitərəfli görüşlər keçirəcək”, – məlumatda deyilir.
Kreml Paşinyan və Putin arasında Kazanda ikitərəfli görüşünün planlaşdırılıb-planlaşdırılmadığı barədə ətraflı məlumat verməyib.