Paşinyan ilk dəfə elan etdi: Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıyırıq

0
141

Paşinyan ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitində çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

Azərbaycanla münasibətlərin normallaşmasına toxunan Ermənistanın baş naziri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin son bəyanatını xatırladıb.

“Üç gün əvvəl Avropa İttifaqı Şurasının prezidentinin vasitəçiliyi ilə biz irəliyə doğru addım atdıq və vurğuladıq ki, Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıyır”, – Paşinyan əlavə edib.

Paşinyan Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etmək üçün Xankəndi ilə Bakı arasında dialoqun başlanmasının vacibliyini də bəyan edib