Paşinyan: “İlin sonunadək Azərbaycanla sülh müqaviləsini imzalamaq üçün hər şeyi edəcəyik” – VİDEO

0
188

“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

Paşinyanın sözlərinə görə, sülh sazişinin bir neçə variantı var:

“Məsələn, ümumi münasibəti əks etdirəcək çərçivə sazişi imzalamaq, əgər bu variant Azərbaycan tərəfi üçün məqbuldursa, biz bu yolla gedəcəyik”

Ermənistan Baş naziri əlavə edib ki, sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır.