
Ermənistan baş polis idarəsinin rəisi Vahe Kazaryan İrəvanın polis rəisi polkovnik Armen Qasparyanı istefaya göndərib.
Ermənistan KİV-in məlumatına görə, Qasparyan 9 noyabrda Ermənistan hökumətinin əmrini yerinə yetirməkdən imtina etdiyi üçün vəzifəsindən azad edilib.
Xatırladaq ki, Ermənistanın Qarabağda müharibəni uduzduğu elan ediləndən sonra İrəvanda etiraz aksiyaları başlayıb.